Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Qarabağdakı sülhməramlılar bəyanat yaydı

Tarix :
Qarabağdakı sülhməramlılar bəyanat yaydı

Rusiya sülhməramlı qoşunlarının Qarabağa gəlməsinin ikinci ildönümüdür. 
Bu barədə sülhməramlıların "Telegram" kanalında məlumat verilib.
Qeyd edək ki, onlar bunu yüksək sevinc hissi ilə qeyd edirlər.
"2020-ci il noyabrın 10-da Rusiya və Azərbaycan prezidentləri, eləcə də Ermənistanın Baş naziri tərəfindən imzalanmış üçtərəfli saziş əsasında yerləşdirilən Rusiya sülhməramlı qoşunlarının Dağlıq Qarabağda sülhməramlı tapşırıqlarını yerinə yetirməsindən iki il keçir... Rusiya sülhməramlılarının münaqişə zonasında olması vəziyyətin sabitləşməsini və atəşkəsin qorunmasını təmin etməklə yanaşı, regionda dinc həyatın bərpasına şərait yaradıb. Ayrı-ayrı insidentlər və pozuntular tərəflərin birgə səyi ilə yerindəcə həll edilir", - məlumatda deyilir.