Nazirlik Akif Nağıya da "yox" dedi

Tarix :
Nazirlik Akif Nağıya da "yox" dedi

Ədliyyə Nazirliyi Azad Vətən Partiyasının reysterlə bağlı müraciətini geri qaytarıb.

Bu barədə partiya sədri Akif Nağı məlumat verib. 

Sədr bildirib ki, nazirliyə təqdim olunan siyahıdakı 4 min nəfərin üzvlüyü təsdiqlənib:

"Amma bizdə də bəzi partiyalar kimi texniki problemlər yaranıb. Ad-soyad, telefon nömrələri üst-üstə düşməyib. Hazırda həmin problemlərin həlli istiqamətində işlər gedir. Bütün işlər yekunlaşandan sonra yenidən sənədləri Ədliyyə Nazirliyinə tədqim edəcəyik”.