Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Britaniya Azərbaycanda minalarla mübarizə üçün əlavə vəsait ayırıb

Tarix :
Britaniya Azərbaycanda minalarla mübarizə üçün əlavə vəsait ayırıb

Böyük Britaniya hökuməti Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üçün əlavə 500,000 funt sterlinq ayırıb.
Bu barədə məlumatı Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld öz tviter hesabında paylaşıb.
“Bu vəsait ANAMA və BMT-nin Azərbaycandakı İnkişaf Proqramı ilə tərəfdaşlığımız çərçivəsində mina təmizləmə sahəsində Azərbaycanın potensialının yaradılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib”, - deyə səfir qeyd edib.