Rusiyadan Türkiyəyə 9 milyonluq qızıl keçirməyə çalışan erməni saxlanıldı

Tarix :
Rusiyadan Türkiyəyə 9 milyonluq qızıl keçirməyə çalışan erməni saxlanıldı

Ermənistan vətəndaşı 9 milyon rubl dəyərində olan qızıl boyunbağını Rusiyadan Türkiyəyə aparmağa cəhd edərkən saxlanılıb. 
Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, özünü turist kimi qələmə verən şəxs iki kiloqramlıq zinət əşyasını alt paltarında gizlədib. Hava limanında özünü şübhəli aparan Ermənistan vətəndaşı Vnukovo gömrüyünün əməkdaşları tərəfindən saxlanılıb. 
O, gömrükçüləri inandırmağa çalışıb ki, aksesuarı 50 min rubla alıb, ona görə də bunu bəyan etməyib. Gömrükçülər ona inanmayıb və zinət əşyasını ekspertizaya göndəriblər. 
Qaçaqmalçılıq faktı ilə bağlı cinayət işi açılıb. Ermənistan vətəndaşını 7 ilə qədər həbs cəzası gözləyir.