Bakıda 30 min manatlıqdan çox oğurluq edən qadın tutuldu

Tarix :
Bakıda 30 min manatlıqdan çox oğurluq edən qadın tutuldu

Bakıda mənzildən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 
Səbail rayonu ərazisindəki mənzillərin birindən 34.300 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 
Səbail rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva müəyyən olunaraq saxlanılıb. 
Araşdırma aparılır.