Kahramanmaraşda meşə yanğını başlayıb, helikopterlər cəlb edilib

Tarix :
Kahramanmaraşda meşə yanğını başlayıb, helikopterlər cəlb edilib

Türkiyənin Kahramanmaraş vilayətinin Onikisubat rayonunda meşə yanğını başlayıb.
 "TRT Haber" xəbər verir ki, yanğına havadan və qurudan müdaxilə edilir.
Bölgəyə Kahramanmaraş Meşə Region İdarəsinə bağlı 2 helikopter, 6 su çiləyici maşın və 2 su çəni göndərilib.
Yanğınsöndürmə işləri davam edir.