Güclü külək Zaqatalada fəsadlar törətdi

Tarix :
Güclü külək Zaqatalada fəsadlar törətdi

Zaqatalada güclü yağış və külək bir sıra fəsadlar törədib.
Dünən axşam saatlarından Şimal-qərb bölgəsində davam edən qeyri-sabit hava şəraiti bir sıra fəsadlar yaradıb. 
Güclü külək nəticəsində rayonun Fındıqlı kəndində ağaclar və elektrik dirəkləri aşıb, yağış suları həyətlərə və təsərrüfatlara dolub.