İvan Krasko xəstəxanadan buraxıldı

Tarix :
İvan Krasko xəstəxanadan buraxıldı

İnsult keçirərək xəstəxanaya yerləşdirilən Rusiyanın məşhur aktyoru İvan Krasko xəstəxanadan evə buraxılıb. 
Bu barədə “RİA Novosti”yə onun oğlu Fyodor məlumat verib.
Krasko iyulun 13-də Sankt-Peterburqdakı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
İyulun 15-də Kraskonun köməkçisi Daria Paşkova bildirib ki, aktyor beynindəki qan laxtasını çıxarmaq üçün təcili əməliyyat olunub.