Gürcüstanda matəm elan edildi

Tarix :
Gürcüstanda matəm elan edildi

Gürcüstanın Şovi kurortunda baş vermiş torpaq sürüşməsində 7 nəfərin ölümü ilə əlaqədar avqustun 7-i matəm elan edilib.
Gürcü mediası xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili jurnalistlərə bildirib. 
Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 30 nəfərin axtarışları davam edir.