
Türkiyənin Hatay vilayətinin Antakya rayonunda hərəkətdə olan avtomobil park halında olan yük maşını ilə toqquşub.
Türkiyə mətbuatı xəbər verir ki, hadisə yerinə xilasedicilər, polis və sağlamlıq qrupları cəlb edilib.
İlkin məlumatlara görə, 2 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.
Yaralılar xəstəxanaya aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
