
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 26 fələstinlini saxlayıb.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata əsasən, İsrail qüvvələri İordan çayının qərb sahilinin El-Xəlil və digər şəhərlərində fələstinlilərə qarşı əməliyyatlar həyata keçirib.
Xəbərdə İsrailin El-Xəlil şəhəri və qəsəbələrində 16 fələstinlinin,Kalkylya şəhərində isə 2-si qardaş olmaqla 4 nəfərin saxlanıldığı bildirilib.
İordan çayının qərb sahilinin şimalındakı Cenində 5, Nablusda isə 1 nəfərin İsrail qüvvələri tərəfindən saxlanıldığı qeyd olunub.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə vaxtaşırı basqın edən İsrail qüvvələri müxtəlif iddialar irəli sürərək fələstinliləri saxlayır.
