PSJ böyükhesablı qələbə qazandı: Neymardan iki qol və gözəl assist

Tarix :
PSJ böyükhesablı qələbə qazandı: Neymardan iki qol və gözəl assist

Fransanın PSJ klubu Cəbubi Koreya “Çonbuk”u ilə yoxlama oyunu keçirib.
Cənubi Koreyanın Busan şəhərində baş tutan matç parislilərin qələbəsi ilə yekunlaşıb - 3:0.
Neymarın dubl etdiyi qarşılaşmada PSJ-nin daha bir qolunu yeni transfer Marko Asensio vurub. Bu, ispaniyalının Fransa klubunda ilk qolu olub. Həmin epizodda Neymarın daban ötürməsi diqqət çəkib.