Rusiya Norveçi dost olmayan ölkə kimi tanıdı

Tarix :
Rusiya Norveçi dost olmayan ölkə kimi tanıdı

Rusiya hökuməti Norveçi dost olmayan ölkə kimi təsnif edib.
Bu barədə Rusiya Dövlət Departamenti məlumat yayıb. 
"Norveç Krallığı Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlər siyahısına daxil edilib", - məlumatda deyilir.
Qeyd olunur ki, belə siyahıdan diplomatik nümayəndəliklər üçün Rusiya ərazisində yerləşən səfirliklərdə, konsulluqlarda, dövlət orqanlarının nümayəndəliklərində və dövlət qurumlarında işçi qəbul etmək imkanı məhduddur.