ABŞ Senatının binasına basqın edilib - YENİLƏNİB

Tarix :
ABŞ Senatının binasına basqın edilib - YENİLƏNİB

ABŞ Konqresinin binasına silahlı şəxs daxil olması barədə xəbərlər yalandır.
Bu barədə Vaşinqton polis departamentinin nümayəndəsi Hyu Karu bildirib .
“Silahlı şəxslə bağlı zəng olub. Görünür, bu, yalan xəbərdir”, - deyə o bildirib.
Karu qeyd edib ki, hələlik binada atəş səsləri eşidlmir.
Avqustun 2-də Vaşinqtondakı Capitol Hill polisi ABŞ Senatının Konqresin yanındakı ofis binasında silahlı şəxsin olması barədə məlumat aldığını bildirib.
23:27
Konqresə bitişik olan ABŞ Senatının ofis binasında silahlı şəxsin olması barədə məlumat yayılıb.
Bu barədə “Twitter” də hüquq-mühafizə orqanları məlumat yayıb  .
“Zabitlərimiz təcili çağırışa cavab olaraq Senatın ofis binalarında və ətrafında axtarış aparır. Zəhmət olmasa bu ərazidən uzaq olun, çünki biz hələ də araşdırma aparırıq. Biz ictimaiyyəti məlumatlandırmaqda davam edəcəyik”, - yazıda deyilir.