Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"İrəvan bu təklifi noyabrın 8-də Bakıya təqdim edib" - Paşinyan

Tarix :
"İrəvan bu təklifi noyabrın 8-də Bakıya təqdim edib" - Paşinyan

Ermənistan Azərbaycanla sərhəddə demilitarizasiya zonası yaratmağı təklif edir. 
Bu barədə noyabrın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.
"Soçidə üçtərəfli görüş zamanı mən Dağlıq Qarabağ hakimiyyətinin beynəlxalq zəmanətlərlə Dağlıq Qarabağ ətrafında hərbisizləşdirilmiş zona yaratmaq təklifini təqdim etdim", - Paşinyan hökumətin iclasında bildirib.
Baş nazir vurğulayıb ki, Ermənistan Azərbaycanla sərhəd zonasının demilitarizasiyası ilə bağlı təkliflər verir, qoşunların sərhəddən çıxarılmasını, üç kilometrlik hərbsizləşdirilmiş zona yaradılmasını təklif edir: "İrəvan bu təklifin yenilənmiş variantını noyabrın 8-də Bakıya təqdim edib".