Fərid Səfərliyə son söz üçün möhlət verildi

Tarix :
Fərid Səfərliyə son söz üçün möhlət verildi

İranda casusluq ittihamı ilə saxlanılan Yena Universitetinin 27 yaşlı azərbaycanlı tələbəsi Fərid Səfərliyə məhkəmədə son söz demək üçün vaxt verilib.
Oxu.az xəbər verir ki, bunu onun anası Dilarə Əsgərova bildirib.
Onun sözlərinə görə, oğlu məhkəmədə təzyiqə məruz qalır:
"Hakimdən sübutun gətirilməsini də tələb etdik, heç nə təqdim edilmir. Oğlumun saxlanma şəraitindən elə də narazılığı yoxdur. Artıq məhkəmə prosesi yekunlaşmaq üzrədir. Fəridə son söz üçün avqustun 3-ə kimi vaxt verilib".
F.Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib və həbs olunub. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da onunla bağlı etiraz notası verib.