Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Toppuş bacı” xəstəliyindən danışdı: “Xeyri olmasa, müalicəni dayandıracağıq”

Tarix :
“Toppuş bacı” xəstəliyindən danışdı: “Xeyri olmasa, müalicəni dayandıracağıq”

Beynində şiş aşkarlanan Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) səhhəti barədə məlumat verib.
ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı efirinə bağlanan aktrisa beyninə şüa veriləcəyini bildirib:
"Kimyaterapiyaları dayandırdıq. Artıq bədənim onlara cavab vermir. 65 dəfə kimyaterapiya qəbul etdim. Nə ağciyər, nə qaraciyərdən, xərçəng sağalmadı. MRT-nin cavabına görə, bir kəllədə, bir də beynin içində iki şiş tapılıb. Bunun üçün 10 dəfə şüa alacağam, sonra biraz gözləyəcəyik. Əgər şişlərin kiçilməsi olarsa, şüaları davam edəcəyik. Əgər kiçilmə olmasa, bütün müalicələri dayandırmalı olacağıq”.