6 gəmi gizli şəkildə Ukraynaya gedir

Tarix :
6 gəmi gizli şəkildə Ukraynaya gedir

Ən azı altı mülki gəmi, taxıl müqaviləsinin dayandırılmasına və Rusiya Müdafiə Nazirliyinin xəbərdarlığına baxmayaraq, Qara dənizə daxil olaraq Ukraynaya doğru istiqamət alıb.
Bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.  
Nəşrin məlumatına görə,  İsrail, Yunanıstan, Türkiyə  və Gürcüstandan gələn "Ams1", "Şahin 2" və "Yılmaz Kaptan" gəmiləri “Ukrayna” istiqamətində üzürlər.