Görmə qabiliyyətini itirən aktrisa səhnədən gedir

Tarix :
Görmə qabiliyyətini itirən aktrisa səhnədən gedir

Görmə qabiliyyətini itirdiyi üçün daha əvvəl film ssenarilərini oxumaqda çətinlik çəkən “Oskar”lı aktrisa Cui Denç karyerasına son qoyub.
Xarici media xəbər verir ki, aktrisa artıq çəkiliş meydançasında da görə bilmədiyini deyib.  “Dəhşətlidir. İnsanlardan bu qədər asılı olmaq qorxuncdur”, - deyə aktrisa şikayətlənib. 
O bildirib ki, indiyədək ssenariləri ona sənət dostları ucadan oxuyaraq əzbərlədiblər. Lakin artıq səhnədən getməyin vaxtı çatıb.