Sosial media fenomeni, vegan qidalanma müdafiəçisi Janna Samsonova yalnız ekzotik meyvə pəhrizi yeməsi nəticəsində aclıqdan ölüb.
Xarici KİV xəbər verir ki, bu barədə blogerin ailəsi məlumat yayıb.
"Zhanna D'Art" kimi tanınan bloger Cənub-Şərqi Asiya turu zamanı səhhətində problem yaranıb və o xəstəxanaya yerləşdirilib.
Həkimləri müdaxiləsinə baxmayaraq Janna həyatını itirib. Məlumata görə, Samsonova son 4 ildə tamamilə çiy vegan pəhrizinə əməl edib və yalnız günəbaxan tumu cücərtiləri və meyvələrlə qidalanırmış.




