Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Səudiyyə Ərəbistanı türk seriallarına qadağını aradan qaldırdı

Tarix :
Səudiyyə Ərəbistanı türk seriallarına qadağını aradan qaldırdı


Yaxın Şərq və Şimali Afrikanın aparıcı yayım şirkəti olan Səudiyyə media konqlomeratı "MBC Group" Türkiyənin "Medyapim" və "Ay Yapım" studiyaları ilə 5 illik müqavilə imzalayıb.
"The Variety" xəbər verir ki, bununla da 2018-ci ildən qüvvədə olan türk seriallarına qoyulan qadağa aradan qaldırılıb.
"MBC Group"un baş direktoru Sem Barnett bildirib ki, tamaşaçılar türk seriallarının hitlərini izləyə biləcəklər və studiyalar ərəb dilində seriallar hazırlayacaqlarına da söz veriblər.
4 il əvvəl qrup məşhur türk seriallarını kanallarından çıxarmışdı. Bundan sonra heç bir rəsmi açıqlama verilməyib, lakin bunun Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı gərgin münasibətlərlə bağlı olduğu ehtimal edilir.