
İyul ayının əvvəllərində "Meta" şirkəti tvitterin analoqu hesab edilən "Threads" şəbəkəsini istifadəyə verdi. Sosial şəbəkə o qədər maraqla qarşılandı ki, ilk 7 saat ərzində 10 milyon istifadəçi topladı.
Amma "Threads"in ulduzunun parlamağı ilə sönməyi bir oldu. Son həftələr sosial şəbəkənin istifadəçilərinin sayında ciddi azalma müşahidə edilir.
İKT üzrə ekspert Samir Mehdiyev aztv-yə bildirib ki, geriləmənin səbəbi şəbəkədə istifadəçilərə çox funksiya verilməməsidir. Verilən funksiyalar isə digər platformalarda olduğu üçün o qədər də cəlbedici görsənməyib.
Azərbaycanda sosial şəbəkə istifadəçiləri əsasən votsap, fysbuk və instaqramdan istifadə edirlər. Bunların içində ən çox istifadə ediləni məhz instagram şəbəkəsidir.
