Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Araik Arutyunyan dindirildi

Tarix :
Araik Arutyunyan dindirildi

Daha əvvəl xəbər verdiyimiz kimi, Qarabağdakı qondarma rejimin “rəhbəri” Araik Arutyunyanın “baş müşaviri” vəzifəsini icra edən Mikael Arzumanyan İrəvana gedərkən saxlanılıb. Daha sonra o, 44 günlük Vətən müharibəsində “Şuşanın müdafiəsi”nin təşkilində etdiyi səhlənkarlığa görə həbs edilib.
Qarabağdakı qondarma rejimin "rəhbəri" Araik Arutyunyan separatçıların müdafiə qüvvələrinin keçmiş komandanı, general-leytenant Mikael Arzumanyan barəsində başlanmış cinayət işi çərçivəsində dindirilib.
Bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
“Üstəlik, bizə çatan məlumata görə, Qarabağdan İrəvana generallar gəlib, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb, Arzumanyanın azadlığa buraxılması məsələsini müzakirə ediblər.
Qeyd edək ki, cinayət prosesində bir sıra üz-üzə qarşıdurmalar davam edir. İbtidai istintaq orqanı Qarabağ komandirlərini və digər şəxsləri dindirilməyə çağırır, keçmiş komandirlə qarşıdurma təşkil edir. Cinayət prosesinin gedişində üzləşdirmə adətən işdə iştirak edən şəxslərin ifadələrində ziddiyyətlər olduqda həyata keçirilir”, - qəzetin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, “İravunk” qəzetinin daha əvvəl yaydığı məlumata görə, cinayət işində Ermənistanın keçmiş müdafiə naziri, müxalif “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın da adının hallanacağı istisna deyil.