Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Göygöldə küçə itini silahla yaralayan şəxs saxlanıldı

Tarix :
Göygöldə küçə itini silahla yaralayan şəxs saxlanıldı

Göygöl rayonunda sahibsiz küçə itini silahla yaralayan şəxs saxlanılıb. 
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. 
Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisindəki sahibsiz itə rəhimsiz rəftar edən və onu atasına məxsus ov silahı ilə ataş açaraq yaralayan şəxsin rayon sakini Yusif Bağırov olması müəyyən edilib.
Hazırda təhqiqat araşdırmaları davam etdirilir, əmələ hüquqi qiymət veriləcək. 
  • Göygöldə küçə itini silahla yaralayan şəxs saxlanıldı