Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bu ölkədə 190 milyon insan istidən təsirləndi

Tarix :
Bu ölkədə 190 milyon insan istidən təsirləndi

ABŞ-ın cənub bölgələrində həftələrdir təsirli olan həddindən artıq isti dalğası şimal ştatlarına da yayılaraq 190 milyon insana təsir edib.
Bu barədə ABŞ Milli Meteorologiya Xidməti məlumat yayıb. 
Xidmət ölkənin şimal-şərq şəhərlərində, xüsusilə Boston, Nyu-York və Vaşinqtonda "son dərəcə isti hava" ilə bağlı xəbərdarlıq edib.
"Havanın temperaturunun bəzi yerlərdə 39 dərəcəyə çatacaq. Əhalini küçəyə çıxmamağa və kondisionerdən istifadə etməməyə çağırırıq", - məlumatda deyilir.