Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Keçmiş ukraynalı deputat Krımda qəzada öldü

Tarix :
Keçmiş ukraynalı deputat Krımda qəzada öldü

Ali Radanın keçmiş deputatı və Ukraynanın keçmiş “Vahid Rus” partiyasının rəhbəri Aleksey Remenyuk Krımın mərkəzi Simferopolda polisin təqibi zamanı qəzaya uğrayıb.
Bu barədə "Mash" teleqram kanalında məlumat yayılıb.
Bildirilib ki, 66 yaşlı Aleksey Remenyuk dostunun ad günü axşamı özünün "Range Rover" markalı avtomobilini idarə edib. Sənədlərin yoxlanılması zamanı ondan alkoqol testi götürülüb, nəticədə sərxoş olduğu ortaya çıxıb.
Polislər onu saxlamaq istəyəndə Remenyuk qaçaraq sükan arxasına keçib və avtomobili ilə sürətlə oradan uzaqlaşmağa başlayıb. Daha sonra o, dolama yolda qarşıdan gələn zolağa çıxıb və yük maşını ilə toqquşub.
A.Remenyuk və sərnişini hadisə yerində ölüblər.