Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Nazpəri İlhamə Quliyeva ilə münaqişəsindən danışdı: “Belə etməməliydi”

Tarix :
Nazpəri İlhamə Quliyeva ilə münaqişəsindən danışdı: “Belə etməməliydi”

Əməkdar artist Nazpəri Dostəliyeva qalmaqal yaşadığı mərhum Xalq artisti İlhamə Quliyeva barədə danışıb.
MTV telekanalında yayımlanan “Səhərin səsi” proqramında qonaq olan sənətçi yaşadıqları qalmaqaldan bəhs edib:
“İlhamə Quliyeva məndən əvvəl böyük sənət adamı olub. Neçə illər efirdə idi. Allah rəhmət etsin, gərək mənimlə münaqişə etməzdi. Bu şeylər olmayaydı. Şəxsən mən o xanımın yerinə olsaydım, belə şeylər etməzdim. Çünki o, sözünü demiş sənətkardır. Mən dünənki gənc idim. Onun mənimlə münaqişə etməsi doğru deyildi. Onun yerində olsaydım, özümü Nazpəriyə rəqib görməzdim. Çünki mən 30-40 il bu sənətdə öz sözümü demişəmsə, yeni çıxan gənc müğənnini heç zaman özümə rəqib bilməzdim. Bu sənətdə aqressiya yox, paxıllıq var”.