Zaporojye AES-in ərazisinə minalar yerləşdirilib

Tarix :
Zaporojye AES-in ərazisinə minalar yerləşdirilib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertləri Rusiya hərbçilərinin nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının ərazisinin “periferiyasında” yerləşdirilmiş piyada əleyhinə minalar aşkar ediblər. 
Bu barədə MAQATE-nin bəyanatında deyilir.
MAQATE mütəxəssisləri elektrik stansiyasının perimetri boyunca xarici və daxili hasar arasında yerləşdirilən bir neçə mina aşkarlayıblar.