
Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edəcək.
Xarici KİV xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki,Rusiya lideri noyabrın 23-də İrəvanda keçiriləcək KTMT dövlət başçılarının sammitində iştirak edəcək. Həmçinin, Putin ötən gün Paşinyanla telefon danışığı zamanı Ermənistana səfərinin gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər.
