Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Leyla Hüseynzadə aclıq aksiyasına başladı

Tarix :
Leyla Hüseynzadə aclıq aksiyasına başladı

İranda Tehran Universitetinin magistratura pilləsində təhsil alan Leyla Hüseynzadə adlı tələbə həbs edildikdən sonra aclıq aksiyasına başlayıb. 
Bu barədə o, atasına bildirib. 
Tələbənin həbsinə səbəb isə onun məcburi hicab qaydasından imtina etməsi olub. 
Evinin qarşısında həbs edilən Leyla Şirazdakı Adelabad həbsxanasında saxlanılır. 
O, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdiyinə görə məhkəmə-tibb həkimi onun barəsində həbs cəzasına dözməmək barədə hökm çıxarıb. Buna baxmayaraq o, 77 gün həbsdə saxlanılıb və bu gün həbs qətimkan tədbirinin müddəti yenidən uzadılıb.