Rusiyalı futbolçu müharibədə öldü

Tarix :
Rusiyalı futbolçu müharibədə öldü

Rusiyalı futbolçu Stanislav Doroşenko 34 yaşında Ukraynadakı müharibədə həlak olub.
Xarici medianın xəbərinə görə, Doroşenko Donetsk vilayətində hərbi vəzifəsini yerinə yetirərkən həlak olub. Futbolçu karyerası ərzində Krasnodarın “Kuban Holdinq”ində (2018-2021), həmçinin bir neçə mini-futbol klublarında çıxış edib.


Rusiya Ukraynaya qarşı müharibəni 2022-ci il fevralın 24-dən başlayıb.