Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Britaniya kralına yumurta atan şəxs həbs olundu

Tarix :
Britaniya kralına yumurta atan şəxs həbs olundu

Bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının monarxı III Çarlz və onu müşayiət edən şəxslərə yumurta atılıb.
Hadisə kral Çarlz və həyat yoldaşı Kamillanın İngiltərənin şimalındakı Yorkşir qəsəbəsinə təntənəli ziyarəti zamanı baş verib.
Səkiyə toplaşanlardan bir gənc krala yumurta atmağa başlayıb. Bundan sonra Çarlz və Kamilla gülümsəyərək oradan uzaqlaşıblar.
Polis həmin şəxsi yerindəcə həbs edib. Onun adı və monarxa yumurta atmasının səbəbləri hələlik məlum deyil.