Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Patruşev İrana niyə gedib?

Tarix :
Patruşev İrana niyə gedib?

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Tehranda danışıqlar aparıblar. 
Xarici KİV xəbər verir ki, onlar ABŞ-la qarşıdurma, təhlükəsizlik, Ukrayna münaqişəsi və digər mövzulara toxunublar. 
Şamxani xüsusilə vurğulayıb ki, İran Ukraynada sülh yolu ilə nizamlanmanı alqışlayır və Moskva ilə Kiyev arasında "dialoqa əsaslanan" sülhün tərəfdarıdır. Patruşev öz növbəsində bildirib ki, "Qərb ölkələri, xüsusilə də ABŞ BMT nizamnaməsini pozaraq və güc tətbiq edərək, sanksiyalar tətbiq edir".