Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ermənistan 100 milyon avro borc alır

Tarix :
Ermənistan 100 milyon avro borc alır

Ermənistan hökuməti 100 milyon avro kredit götürməyə hazırlaşır.
Erməni KİV-ləri xəbər verir ki, hökumətin sabah, noyabrın 10-da keçiriləcək iclasında Fransa İnkişaf Agentliyi ilə 100 milyon avro məbləğində kredit sazişinin imzalanmasının təsdiq edilməsinə dair hökumət qərarının layihəsi hesabat verilməyən məsələlər siyahısına daxil edilib. 
"Hökumət bu pulu 2022-ci il büdcəsinin kəsirini doldurmağa yönəldəcək ki, dövlət büdcəsində nəzərdə tutulan xərcləri maliyyələşdirə bilsin. Bir tərəfdən hökumət gündəlik olaraq iqtisadi bumdan, büdcə yığımından artıq nailiyyətlərdən danışır, deyir ki, pul var, hara xərcləyəcəklərini bilmirlər, digər tərəfdən böyük kreditlər götürərək dövlət borcunu artırırlar", - erməni nəşri bildirib.