Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Çağırışa gedən həkim briqadası köməksiz vəziyyətdə qaldı

Tarix :
Çağırışa gedən həkim briqadası köməksiz vəziyyətdə qaldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonunun Sabunçu kəndində təcili tibbi yardım avtomobilinin yolsuzluq şəraitində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, həkim briqadası Cimcimax kəndinə çağırışa gedərkən yolda qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri təcili tibbi yardım avtomobilini yedəyə alaraq təhlükəsiz əraziyə çıxarıblar. Həmçinin çağırışa tələsən həkim briqadasının yanğınsöndürmə avtomobili ilə ünvana çatdırılması təmin edilib.