
İyulun 3-dən 9-dək Yaponiyada ən azı 3 964 nəfər istilik vurması səbəbindən xəstəxanaya yerləşdirilib.
Bu barədə inzibati işlər və kommunikasiyalar naziri Takeaki Matsumoto Tokioda mətbuat konfransında bildirib.
Bildirilib ki, göstəricilər keçən həftə ilə müqayisədə 737 nəfər çoxdur: "Biz əhalini istilik vurması ilə mübarizə üçün əsas tədbirlər görməyə, o cümlədən kifayət qədər miqdarda sudan müntəzəm istifadə etməyə çağırırıq".
