
İranda polis qadınların hicab taxmaları ilə bağlı mübahisəli patrulları yenidən bərpa edəcək.
Xarici KİV xəbər verir ki, “əxlaq polisi” qadınların düzgün geyinmələrindən və hicab taxmalarından əmin olmaq üçün yenidən küçələrə çıxacaq.
Bildirilib ki, qərar gənc qadın Məhsa Əmininin geyim qaydalarını pozduğuna görə Tehranda əxlaq polisi tərəfindən saxlanılması və mübahisəli ölümünün üstündən 10 ay keçdikdən sonra verilib.
