Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Polşa klubundan millimizə dəvət aldı

Tarix :
Polşa klubundan millimizə dəvət aldı

Polşanın “Visla” (Plotsk) klubunun müdafiəçisi Anton Krivotsyuk Azərbaycan millisinə dəvət olunub.
Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Krivotsyukun Moldova və Şimali Makedoniya ilə yoxlama oyunlarına dəvət aldığı bildirilib. 
Xatırladaq ki, Azərbaycan millisi noyabrın 16-da Kişinyovdakı “Zimbru” stadionunda Moldova yığmasının qonağı olacaq. Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Ayın 20-də isə yığmamızı Skopyedəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə matç gözləyir. Bu qarşılaşma isə Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.