Acun İlıcalı Bakıya gəlir

Tarix :
Acun İlıcalı Bakıya gəlir

Türkiyənin məşhur iş adamı, TV-8 telekanalının rəhbəri Acun İlıcalı Bakıya gələcək. 
Artıq Acunun ilk dəfə Azərbaycana gələcəyi tarix də dəqiq məlum olub. 
Onun "Peki ben nasıl başardım?!" başlıqlı görüşü 22 oktyabr saat 19:30-da Bakı Konqres Mərkəzində təşkil olunacaq. 
Televiziya ulduzu müvəffəqiyyətin sirləri, uğur əldə etməyin yolları və şəxsi inkişaf mövzularında çıxış edəcək.