Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Allah-təala meyxanaçılara ağıl versin ki, onlar çox coşmasınlar” — Hafiz Hacıyev

Tarix :
“Allah-təala meyxanaçılara ağıl versin ki, onlar çox coşmasınlar” — Hafiz Hacıyev

“Açığı deyim ki, bu gün meyxanaçılar bütün sədləri keçiblər”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. Partiya sədri əlavə edib ki, meyxanaçılar Azərbaycan milli mentalitetinə yad olan müəyyən fikirlərdən istifadə edirlər.

“Meyxanaçılar özlərini düzgün aparmırlar. Bilirsiniz hər bir sənətkar meydana çıxanda, yaxud da ki, tribuna qarşısına, xalq qarşısına çıxanda gərək nə dediyini və nə cür hərəkət etdiyini bilsin. Bunların həyatı belə tamam başqa formada keçir. Ona görə də, bax belə xoş olmayan hadisələr yaşanır. Hər halda, təəssüf hissi keçirdirəm ki, Rəşad Dağlı belə bir cinayət törədib. Əslində onların arasında yaxşıları da, istedadlıları da var. Onların hamısını indi eyni sıraya yığmaq olmaz. Amma, onlar da Azərbaycan milli mentalitetinə, adət-ənənələrinə uyğun addım atsınlar. Onların hər biri Azərbaycan xalqının övladlarıdır. Təəssüf ki, biz bunu çoxlarında görə bilmirik. Hər halda Allah-təala meyxanaçılara bir ağıl versin ki, çox coşmasınlar, çünki coşanda sərhədləri keçirlər və böyük xətalara yol verirlər. Bunlar da gənclərimizə çox mənfi təsir göstərir. Ona görə də, düşünürəm ki, bunlara da nəzarət etmək lazımdır. Hər şeyi nəzarətsiz də buraxmaq olmaz”.