“Ölüm də məni dayandıra bilməz” - Saakaşvili

Tarix :
“Ölüm də məni dayandıra bilməz” - Saakaşvili

“Mənim mübarizəmi heç bir repressiya, hətta ölüm təhlükəsi belə dayandıra bilməz!”
“Georgia Online” xəbər verir ki, bu sözləri Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkədəki səhifəsində yazıb.
Saakaşvili Gürcüstan hakimiyyətini siyasətçinin müvafiq tibbi yardım ala biləcəyi Aİ dövlətlərindən birinə köçürülməsinə dəstək verməyə çağıran Avropa Parlamentinin üzvlərinə təşəkkür edib.
“Mən Avropa Parlamentinin üzvlərinə böyük həmrəyliklərinə görə təşəkkür etmək istərdim. Görün rus hökumətinin danışan başçıları səhərdən burada necə əsəbiləşirlər. Heç bir repressiya, hətta ölüm təhlükəsi də mənim azadlıq, Avropa, Ukraynanın qələbəsi və Gürcüstanı inkişaf yoluna qaytarmaq uğrundakı mübarizəmdən dayandıra bilməz”, – Saakaşvili yazıb.