Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İsmayıllıda iki piyadanı maşın vurdu - Ölən var

Tarix :
İsmayıllıda iki piyadanı maşın vurdu - Ölən var

İsmayıllıda maşın iki piyadanı vurub.
 
DİN-dən verilən məlumata görə, noyabrın 7-də saat 22 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində Qurbanəfəndi kənd sakini D.Ələsgərov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Ləman Dadaşovanı və D.Hacıyevanı vurub.
Nəticədə piyada L.Dadaşova hadisə yerində ölüb, D.Hacıyeva isə xəstəxanaya yerləşdirilib.
DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.