
Keçən ilin dekabrında Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad edilən polis polkovniki Rəşad İsmayılova yeni vəzifə verilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə o, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Həmin idarənin rəis müavini olan polis polkovniki Mahhir Məmmədov isə öz xahişi ilə sərəncama çıxıb.
