Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov işğal altındakı Luqanskda olub, burada yerli jurnalistlər və rəsmilərlə görüşüb.
Bunu Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko deyib.
"Dmitri Sergeyeviçə (Peskov - red.) təşəkkürlər. Yalnız bu gün (noyabrın 9-na keçən gecə - red.) Luqanskdan qayıdıb və orada Luqanskın media və mətbuat xidmətlərinin nümayəndələri üçün təlim proqramı keçirib”, - o bildirib.
Qeyd edək ki, Peskovun özü səfəri barədə məlumat verməyib.