Tom Kruz kosmosda film çəkməyə hazırlaşır

Tarix :
Tom Kruz kosmosda film çəkməyə hazırlaşır

Dünyaşöhrətli Hollivud aktyoru Tom Kruz film çəkmək üçün kosmosa getməyə hazırlaşır.
Xarici mətbuat xəbər verir ki, aktyor bu məlumatı Nyu-Yorkda "Mission: Impossible 7" ekran əsərinin premyerası zamanı danışıb.
Ulduzun sözlərinə görə, Yer orbitində çəkilişlərə hazırlıq tam sürətlə gedir.
"Biz bu layihənin üzərində çox çalışırıq. İşin uğurlu alınacağına ümidimiz böyükdür. Görək necə bitəcək".
Lakin o, prosesin təfərrüatlarını və vaxtını açıqlamayıb.
Qeyd edək ki, ABŞ Kosmik Agentliyinin direktoru Cim Bridenstaynın verdiyi məlumata görə, layihə NASA tərəfindən hələ 2020-ci ildə elan edilib.