“Neftçi”nin sabiq futbolçusu CAR klubuna keçdi

Tarix :
“Neftçi”nin sabiq futbolçusu CAR klubuna keçdi

Bakının “Neftçi” klubunun sabiq futbolçusu Edson Kastilyonun yeni komandası müəyyənləşib.
Venesuelalı yarımmüdafiəçi Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs" klubuna keçib.
Klubun rəsmi saytı Kastilyo ilə birillik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, 29 yaşlı oyunçu 2016-2017-ci illər mövsümündə "Neftçi"də çıxış edib. Paytaxt təmsilçisində 20 oyun keçirən futbolçu qol vura bilməyib.