İrandan 18 min əfqan miqrantı deportasiya edilib

Tarix :
İrandan 18 min əfqan miqrantı deportasiya edilib

İran 18 minə yaxın qeyri-qanuni əfqan miqrantını deportasiya edib.
“Mehr” xəbər verir ki, əfqanlar Doğarun Sərhəd Qapısı vasitəsilə vətənlərinə qaytarılıb.
Xorasanın Rezevi vilayətinin Polis İdarəsinin rəisi Məcid Şoca son 10 ildə ölkənin müxtəlif bölgələrində sərhədçilər və polis qrupları tərəfindən aşkarlanan 17 min 926 qeyri-qanuni əfqan mühacirin deportasiya edildiyini bildirib.
Digər tərəfdən, İranın daxili işlər naziri Əhməd Vahidi ölkədəki əfqan mühacirlərin sayının 5 milyondan çox olduğunu qeyd edib.
Vahidinin sözlərinə görə, əfqan mühacirlərin ölkə üçün təhlükəsizlik problemi yaratdığına dair heç bir məlumatı yoxdur.