Paşinyan növbəti üçtərəfli görüşün tarixini AÇIQLADI

Tarix :
Paşinyan növbəti üçtərəfli görüşün tarixini AÇIQLADI

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutacaq. 
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 13-də hökumətin iclasında bildirib.
Görüş Brüsseldə keçiriləcək: "Mən artıq həmin görüşdə iştirakımı təsdiqləmişəm. Ümid edirəm ki, görüş zamanı sülh müqaviləsi danışıqlarında irəliləyiş əldə olunacaq".