“Vaqner” Belarus ordusuna təlim keçəcək

Tarix :
“Vaqner” Belarus ordusuna təlim keçəcək

Rusiyanın muzdlu “Vaqner” qrupunun döyüşçülərinin Rusiyada üsyana cəhd etdikdən sonra Kremllə razılaşma əsasında sürgün olunduqları Belarusda orduya təlim keçəcəkləri açıqlanıb.
 
Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko deyib:
“Silahlar haqqında bizə məlumat verəcəklər. Onlar hansının yaxşı işlədiyini, hansının yaramadığını danışacaqlar”.
Belarus prezidenti Lukaşenko onu da bildirib ki, Vaqner həmçinin Belarus ordusuna “taktika, sursat, hücum və müdafiə üsulları” öyrədəcək.