İlon Mask süni intellekt şirkəti yaratdı

Tarix :
İlon Mask süni intellekt şirkəti yaratdı

İlon Mask süni intellekt məsələləri ilə məşğul olacaq şirkətin yaradılmasını elan edib.
Bu barədə TASS xəbər verir.
"Reallığı anlamaq üçün xAI-nin yaradılmasını elan edirik", - o, tvitterdə yazıb.
Eyni zamanda x.ai internet saytı da fəaliyyətə başlayıb.
Şirkətə "Google", "Microsoft" və texnologiya sektorundan olan digər şirkətlərin keçmiş işçilərinin cəlb ediləcəyi bildirilib.
Mask həmçinin iyulun 14-də "Twitter Spaces" yayımı zamanı yeni şirkətlə bağlı sualları cavablandıracağını açıqlayıb.
İş adamı yeni şirkətini mart ayında Nevada ştatında qeydiyyatdan keçirib, lakin həmin vaxtdan bəri onun startapı haqqında yeni məlumat yox idi. Mask dəfələrlə süni intellekti həm perspektivli, həm də təhlükəli texnologiya adlandırıb.